27 04 2024-cu il Bakı 24 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Polşa Ukraynanın əlavə təhlükəsizlik təminatı üçün NATO-ya müraciət edəcək

05.04.2023

Rəsmi Varşava iyulda Vilnüsdə keçiriləcək NATO sammitində Kiyev üçün əlavə təhlükəsizlik təminatları ilə bağlı müraciət edəcək.

"DM" xəbər verir ki, bu barədə Polşa Prezidenti Andjey Duda ukraynalı həmkarı Vladimir Zelenski ilə birgə Varşavada keçirdiyi mətbuat konfransında deyib.

"Bu gün biz Ukrayna üçün əlavə təminatlar, təhlükəsizlik zəmanətləri almağa çalışırıq ki, bu da Ukraynanın hərbi potensialını gücləndirəcək", - Duda Zelenski ilə danışıqlardan sonra jurnalistlərə bildirib.

Prezident Duda əlavə edib ki, Polşa Ukraynanın NATO-ya tam üzvlüyünü dəstəkləyir.