28 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

İran və BƏƏ prezidentləri görüşəcək

05.04.2023

İran prezidenti İbrahim Rəisi Birləşməş Ərəb Əmirlikləri prezidenti Məhəmməd Bin Zayed Əl Nəhyan ilə görüşəcək.

"DM" xəbər verir ki, bu barədə İran İslam Şurasının (Parlament) Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin üzvü Yaqub Rezazadə ISNA-ya açıqlamasında bildirib.

Onun sözlərinə görə, İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şamxani BƏƏ-yə səfəri zamanı Məhəmməd Bin Zayed Əl Nəhyan ilə görüşdə İran prezidentinin BƏƏ prezidenti ilə görüşməsi baraədə razılığa gəliblər.

"Görüş yaxın vaxtlarda İranda və ya BƏƏ-də baş tutacaq", - o qeyd edib.