02 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Finlandiyanın baş naziri partiya sədrliyindən gedib

05.04.2023

Finlandiyada keçirilən son parlament seçkilərinin ardınca Finlandiyanın Baş naziri Sanna Marin Sosial Demokrat Partiyasındakı sədr postundan istefa verib.

Sanna Marin bu barədə keçirdiyi mətbuat konfransında məlumat verib.

Sanna Marin ona təklif edilən nazir postunu tutmayacağını və yeni parlamentdə deputat kimi fəaliyyətini davam etdirəcəyini bildirib.

37 yaşlı qadın siyasətçi əlavə edib ki, beynəlxalq qurumların heç birindən iş təklifi almayıb.
Məlumat üçün əlavə edək ki, Finlandiyada keçirilən son parlament seçkilərində müxalifətdə olan Koalisiya Partiyası qalib gəlib.

Koalisiya Partiyası finlandiyalıların 21 faizinin səsini əldə etdiyi halda, sosial demokratlarda bu göstərici 19,9 faiz olub.

Mənbə: Haber Global