02 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

İran "Traktor"un müdafiəçisini cəzalandırıb

05.04.2023

İran Futbol Federasiyasının Əxlaq Komitəsi gənclərdən ibarət milli komandanın keçmiş kapitanı və Təbrizin "Traktor" klubunun müdafiəçisi Milad Kürü bir il müddətinə komandadan uzaqlaşdırıb.

"DM" xəbər verir ki, bu barədə İran Futbol Federasiyası məlumat yayıb.

Əslən türkmən olan Milad Kür hakimiyyətin idman sahəsinə vəsait ayırmadığını, idmançılara minimum yardımın belə edilmədiyini və onların adi imkanlardan məhrum olunduqları barədə mediaya müsahibə verdiyinə görə cəzalandırılıb.

"40 gün müddətinə təlim-məşq düşərgəsində idik. İdmançıların cibində adi ehtiyaclarını ödəmək üçün pul olmur. Bir neçə futbolçu kredit götürərək öz hesablarına futbol ayaqqabıları almağa məcbur oldular. Psixi baxımdan dəhşətli durumdaydıq", - Milad Kür İranın "Vərzeş" idman saytına müsahibəsində bildirmişdi.