02 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Moldova və Rumıniya hərbçiləri birgə təlimlər keçirir

05.04.2023

Moldova və Rumıniya Silahlı Qüvvələrinin artilleriya bölmələri birgə hərbi təlimlər keçirir.

"DM" xəbər verir ki, bu barədə Moldova Müdafiə Nazirliyinin saytında məlumat verilib.

Nazirlik qeyd edib ki, "Atəş Qalxanı - 2023” adlı artilleriya təlimləri Rumıniyanın Smirdan poliqonunda keçirilir.

Qeyd edək ki, Moldova və Rumıniya Silahlı Qüvvələri 2015-ci ildən bu yana hər il "Atəş Qalxanı” adlı birgə təlimlər keçirir.

Bu ilki təlimlər Moldova ordusunun 2023-cü il üçün hazırlıq planına salınıb.

"Moldova tərəfdən təlimlərdə "Böyük Stefan” motoatıcı briqadasının zabit, çavuş və əsgərlərdən ibarət bölməsi iştirak edir”, - məlumatda qeyd olunub.

Xatırladaq ki, 27 martda başlamış və 27 aprelədək davam etməsi planlaşdırılan "JCET-2023” təlimləri də Moldovada keçirilir və bu hərbi təlimlərdə Moldova xüsusi təyinatlıları ilə yanaşı, Rumıniya, ABŞ və Böyük Britaniya hərbçiləri də iştirak edir. Bu səbəbdən Moldova Müdafiə Nazirliyi təlimlər çərçivəsində hərbi texnikanın poliqonlara çıxarılacağı və onların hərəkəti ilə bağlı vətəndaşlara xəbərdarlıq edib.