05 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Azərbaycan-Qazaxıstan hökumətlərarası komissiyanın 19-cu iclası keçiriləcək

05.04.2023

"Azərbaycanla Qazaxıstan arasında siyasi arenada da gözəl bir tendensiyanın davam etdiyini görürük. Ölkələrimiz arasında qarşılıqlı inam və dostluq əlaqələri mövcuddur".

"DM" xəbər verir ki, bunu Qazaxıstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Serjan Abdıkarimov Qazaxıstan Respublikasının əmtəə istehsalçılarının Azərbaycan Respublikasında İqtisadi-ticarət missiyası və birgə biznes-forumunda çıxışı zamanı deyib.

"Həmçinin Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın növbəti 19-cu iclası keçiriləcək. Bu tədbirdə iştirak üçün Qazaxıstan Baş nazirinin müavini, Qazaxıstanın ticarət və inteqrasiya naziri Azərbaycana səfər edəcək. Dövlət başçıları daim dialoq aparır. Keçən il biz diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd etdik. Ötən ilin avqustunda Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycana səfəri baş tutub. Bütün bu amillər şübhəsiz ki, qardaş Azərbaycan və Qazaxıstan xalqlarını bir-birinə daha da yaxınlaşdırır", - diplomat vurğulayıb.