05 05 2024-cu il Bakı 13 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Energetika nazirinin müavini Naxçıvana səfər edib

05.04.2023

Azərbaycan Respublikası Energetika nazirinin müavini Elnur Soltanovun rəhbərlik etdiyi işçi qrupu Naxçıvan Muxtar Respublikasına gedib.

"DM" xəbər verir ki, qonaqlar ilk olaraq Naxçıvan şəhərindəki Heydər Əliyevin abidəsini ziyarət edib, muzeylə tanış olublar.

Daha sonra işçi qrupu Naxçıvan Biznes Mərkəzində olub, burada yaradılan şəraitlə yaxından tanış olublar.

Ardınca Elnur Soltanovun rəhbərlik etdiyi qrupla Naxçıvan Muxtar Respublikası Energetika Xidmətinin rəisi Namiq Paşayev və Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidmətinin rəisi Ramin İsmayılov arasında görüş keçirilib. Görüşdə Naxçıvan Muxtar Respublikasında yaşıl enerji konsepsiyasının tətbiqi, muxtar respublikanın elektroenergetika və qaz təchizatı sistemlərinin ölkə sistemlərinə inteqrasiyası, digər məsələlərlə bağlı müvafiq araşdırmaların aparılması və işçi qrupunun yaradılması müzakirə olunub.