06 05 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Xəstə erməniləri Xankəndi xəstəxanasına çatdıran azərbaycanlı həkim DANIŞIB

05.04.2023

"Bizə məlumat verildi ki, Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan hissədən keçən ərazidə bir neçə erməninin halı pisləşib və onların tibbi yardıma ehtiyacı var. Dərhal iki təcili tibbi yardım avtomobili ilə hadisə yerinə yaxınlaşdıq. Dörd nəfərdən üçünün vəziyyəti nisbətən ağır idi”.

Bunu "Report”a Xankəndi-Laçın yolunda halı pisləşən Qarabağ ermənilərinə tibbi yardım göstərən Şuşa modul tipli xəstəxanasının həkimi Vilad Əliyev deyib.

Həkimin sözlərinə görə, onlara yerindəcə ilkin tibbi yardım göstərilib:

"Daha sonra onları nəzarətimiz altında Xankəndidəki xəstəxanaya sağlam şəkildə çatdırdıq”.
Xankəndiyə daxil olanda sevinc hissi keçirdiklərini deyən azərbaycanlı həkim qeyd edib ki, onları postda saxlayanda Azərbaycan dilində danışıblar:

"Erməni xəstələrin həyatını xilas etdik. Xəstəxanaya təhvil verdikdən sonra geri Şuşaya qayıtdıq”.