06 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

İrandan Azərbaycana gətirilən 24 tona yaxın yararsız kartof məhv edilib

04.04.2023

İrandan Azərbaycana gətirilən 24 tona yaxın yararsız kartof məhv edilib.

Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.

Belə ki, Agentlik əməkdaşları fiziki şəxs Tağıyev Əhməd Şəmistan oğlunun İrandan idxal etdiyi ərzaqlıq kartof məhsulundan nümunələr götürürək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edib.

Müayinələr nəticəsində idxal edilmiş 23 700 kq ərzaqlıq kartof məhsulunda karantin tətbiq edilən fitopatogen bakteriyalar - kartofun qonur çürüməsi (ralstonia solanacearum) aşkar edilib.

Faktla bağlı qanunvericiliyə uyğun olaraq, sınaq nəticəsi uyğunsuz çıxmış ərzaqlıq kartof məhsulunun gömrük ərazisinin hüdudlarından kənarlaşdırılması, məhv edilməsi və ya utilizasiyası barədə qərar qəbul edilib. İstehlaka yararsız məhsul tullantılar üçün nəzərdə tutulmuş xüsusi poliqonda məhv edilib.