27 04 2024-cu il Bakı 24 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Prezident: “Türkiyənin ilk yerli elektromobilinin ikincisinin Azərbaycanda olması qardaşlığımızın təzahürüdür”

04.04.2023

"Türkiyənin ilk yerli "Togg” elektromobilinin ikincisinin ölkəmizdə olması dostluq və qardaşlıq münasibətlərimizin təzahürüdür”.

AZƏRTAC xəbər verir ki, bunu Prezident İlham Əliyev Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varankı qəbul edərkən deyib.

Dövlətimizin başçısı qardaş ölkədə son illərdə həm müdafiə sənayesi, həm də mülki sənaye sahələrində yüksək texnoloji məhsulların istehsal olunduğunu qeyd edib. 
Azərbaycan Prezidenti vurğulayıb ki, bu, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə Türkiyə xalqının zəkası, istedadı və əməyi nəticəsində ərsəyə gəlib və "Togg”un istehsalına başlanması da bu baxımdan yaxşı nümunədir.

Prezident İlham Əliyev əldə olunan bütün bu uğurlar münasibətilə Türkiyə Prezidentinə, dost və qardaş türk xalqına təbriklərini çatdırıb.