27 04 2024-cu il Bakı 25 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

İlham Əliyev Türkiyənin sənaye və texnologiya nazirini qəbul edib

04.04.2023

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 4-də Türkiyə Respublikasının sənaye və texnologiya naziri Mustafa Varankı qəbul edib.

"DM” xəbər verir ki, Türkiyənin ilk yerli elektromobili "Togg”un istehsalı ilə bağlı təbriklərini çatdıran dövlət başçısı onun Bakıya gətirilməsindən məmnunluğunu bildirdi, bununla bağlı Türkiyə dövlətinin başçısına minnətdarlığını ifadə edib.

Azərbaycan Prezidenti bu tipli avtomobilin ikincisinin ölkəmizdə olmasını dostluq və qardaşlıq münasibətlərimizin təzahürü kimi dəyərləndirdi.

Dünən Türkiyənin "Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktarla görüşünü xatırladan Prezident İlham Əliyev qardaş ölkədə son illərdə həm müdafiə sənayesi, həm də mülki sənaye sahələrində yüksək texnoloji məhsulların istehsal olunduğunu dedi, bunun Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə Türkiyə xalqının zəkası, istedadı və əməyi nəticəsində ərsəyə gəldiyini vurğuladı və "Togg”un istehsalına başlanılmasının da bu baxımdan yaxşı nümunə olduğunu bildirdi.

Dövlət başçısı əldə olunan bütün bu uğurlar münasibətilə Türkiyə Prezidentinə, dost və qardaş Türkiyə xalqına təbriklərini çatdırıb.

Mustafa Varank "Togg”un ikinci avtomobilinin Azərbaycanda olmasından Türkiyə Prezidenti və xalqının qürur hissi keçirdiyini bildirib.

Söhbət zamanı Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin müxtəlif istiqamətlərdə, o cümlədən sənaye və texnologiya sahələrində inkişafından məmnunluq ifadə olunub, əməkdaşlığımızın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.