27 04 2024-cu il Bakı 24 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Düşənbədə Azərbaycan-Tacikistan investisiya forumu keçiriləcək

04.04.2023

Bu gün Düşənbədə Azərbaycan-Tacikistan investisiya forumu keçiriləcək.

"DM" Tacikistan mətbuatına istinadən xəbər verir ki, forumda hər iki tərəfi təmsil edən 150-yə yaxın iştirakçının, o cümlədən nazirlik və idarə rəhbərlərinin, rəsmilərin, sahibkarların, investorların, Azərbaycan və Tacikistan iqtisadiyyatının müxtəlif sahələrində fəaliyyət göstərən şirkət və müəssisələrin nümayəndələrinin iştirakı gözlənilir.

Forumda turizm, sənaye, enerji, xidmət və s. sahələrdə investisiya imkanları təqdim olunacaq.

İki ölkənin dövlət və özəl sektorları arasında əməkdaşlığa dair yeni sənədlərin imzalanması gözlənilir.

Tacikistan Prezidenti yanında Statistika Agentliyinin məlumatına görə, 2022-ci ildə Azərbaycan və Tacikistan arasında ticarət dövriyyəsi 6,2 milyon ABŞ dolları təşkil edib.

İkitərəfli ticarətin təxminən 95%-i Azərbaycan məhsullarının Tacikistana idxalının payına düşür.