27 04 2024-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

ABŞ səfirliyi: ANAMA-ya dəstək olmaqdan qürur duyuruq

04.04.2023

"ANAMA və onun cəsarətli minatəmizləyicilərinə dəstək olmaqdan qürur duyuruq".

"DM" xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfirliyi Beynəlxalq Mina Xəbərdarlığı günü ilə bağlı "Twitter" paylaşımında bildirib.

"Regional sülhü və əməkdaşlığı təşviq etmək üçün ABŞ 2021-ci ilin noyabr ayından münaqişədən təsirlənən ərazilərdə humanitar minalardan təmizləmə əməliyyatları üçün 2,5 milyon dollar ayırıb", - qeyd olunub.

Vurğulanıb ki, ABŞ 1993-cü ildən bəri 100-dən çox ölkəyə 4,6 milyard dollardan çox sərmayə yatırmaqla adi silahların məhv edilməsi üzrə dünyanın ən böyük maliyyə dəstəkçisidir.