27 04 2024-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Selçuk Bayraktar Sumqayıt Kimya Sənaye Parkında olub

04.04.2023

Ölkəmizdə səfərdə olan "Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktar aprelin 3-də Sumqayıt Kimya Sənaye Parkında olub.

"DM" xəbər verir ki, qonağa Azərbaycanda fəaliyyət göstərən sənaye zonaları, burada sahibkarlar üçün mövcud investisiya imkanları, tətbiq edilən vergi və gömrük güzəştləri barədə məlumat verilib, sənaye zonalarının təqdimatı keçirilib.

Daha sonra Selçuk Bayraktar Sumqayıt Kimya Sənaye Parkında görülmüş işlərlə, Sənaye Parkının rezidenti "STP” MMC-nin fəaliyyəti ilə tanış olub.