27 04 2024-cu il Bakı 24 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

“SOCAR RUS” MMC-nin Müşahidə Şurasının iclası keçirilib - FOTO

04.04.2023

4 aprel 2023-cü il tarixində SOCAR-ın Rusiya Federasiyasındakı törəmə müəssisəsi olan "SOCAR RUS” MMC-nin Müşahidə Şurasının iclası keçirilib.

İclasda "SOCAR RUS” MMC-nin Müşahidə Şurasının üzvləri və şirkətin rəhbər heyəti iştirak edib.

Görüş çərçivəsində "SOCAR RUS” MMC-nin cari ilin birinci rübündəki fəaliyyəti və görülən işlərin yekunlarına dair hesabatı müzakirə edilib. Görüşdə, həmçinin "SOCAR RUS” MMC-nin 2023-2025-ci illər üzrə biznesin inkişafı strategiyası iştirakçılara təqdim edilib, şirkətin idarəetmə standartlarının təkmilləşdirilməsi, səmərəliliyinin yüksəldilməsi və bu kimi digər məsələlər müzakirə olunub.