27 04 2024-cu il Bakı 24 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

İlham Əliyev Seneqal dövlət başçısını təbrik edib

04.04.2023

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Seneqal Respublikasının Prezidenti Maki Salla məktub göndərib.

"DM" xəbər verir ki, məktubda deyilir:

"Hörmətli cənab Prezident,

Seneqal Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı yetirirəm.

İnanıram ki, Azərbaycan-Seneqal münasibətləri dövlətlərimizin və xalqlarımızın mənafeləri naminə bundan sonra da həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə uğurla inkişaf edəcəkdir.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə müvəffəqiyyətlər, dost Seneqal xalqına əmin-amanlıq və firavanlıq arzulayıram”.