28 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Razmena Çekiç-Durovik Azərbaycan qazını əldə edəcəkləri tarixi açıqlayıb

04.04.2023

"Azərbaycan qazına çıxış əldə etmək üçün Şimali Makedoniya və Yunanıstan arasında interkonnektorun inşasının 2025-ci ildə tamamlanması planlaşdırılır”.

Bu barədə Şimali Makedoniyanın İqtisadiyyat Nazirliyinin dövlət katibi Razmena Çekiç-Durovik "Trend”ə müsahibəsində deyib.

"Şimali Makedoniya-Yunanıstan qaz interkonnektoru layihəsinin ətraf mühitə təsirinin qiymətləndirilməsi üzrə tədqiqat hazırlanıb və bütün müvafiq prosedurlar tamamlanıb. Həmçinin, Ətraf Mühit və Ərazi Planlaşdırılması Nazirliyinin qərarı var. Təməl layihə tamamlanıb və işlənib. 2022-ci ilin sentyabr ayında layihə üzrə Yunanıstandan olan tərəfdaş yekun investisiya qərarı elan olunmazdan əvvəl bazar testini tamamlayıb”, - o deyib.

Razmena Çekiç-Durovik Yunanıstanın DESFA və АО NOMAGAS şirkətləri arasında sazişin imzalanacağını qeyd edib.

"Avropa İnvestisiya Bankı (EIB) ilə tikintinin maliyyələşdirilməsi haqqında saziş imzalanıb. Saziş layihənin dəyərinin 50 faizinin maliyyələşdirilməsini təmin edəcək. Layihə tikintisinin dəyərinin 20 faizi isə Qərbi Balkan İnvestisiya Çərçivəsi Təşkilatı (WBIF) çərçivəsində təsdiqlənmiş infrastruktur layihələrinin birgə maliyyələşdirilməsi üçün ayrılan vəsaitlər hesabına qarşılanacaq. Layihənin dəyərinin digər 30 faizi isə Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) tərəfindən maliyyələşdiriləcək”, - dövlət katibi açıqlayıb.
O, 2023-cü ilin əvvəlində EIB qaydalarına əsasən tikinti, tikintiyə nəzarət və idarəetmə üzrə tender sənədlərinin hazırlandığını qeyd edib.

"2023-cü ilin sonlarınadək tikinti üçün podratçıların seçilməsi planlaşdırılır. 2025-ci ildə qaz interkonnektorunun tikintisinin tamamlanması və TAP, maye təbii qaz terminalları və s. vasitəsilə qaz tədarükü hesabına ölkəyə təbii qaz tədarükünün diversifikasiyası planlaşdırılır”, - Razmena Çekiç-Durovik əlavə edib.

Qeyd edək ki, Azərbaycan Cənub Qaz Dəhlizi ilə Avropaya qaz tədarükünə 31 dekabr 2020-ci ildə başlayıb. Cənub Qaz Dəhlizinin Avropa hissəsi olan Trans-Adriatik qaz kəməri (TAP) vasitəsilə kommersiya məqsədilə istismara verildikdən sonra ümumilikdə 22 milyard kubmetr qaz tədarük olunub. Bu il Azərbaycan Avropaya 12 milyard kubmetr qaz ixrac etməyi planlaşdırır.