28 04 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Təbriz konsulluğumuza qarşı “xəbərdarlıq” edilib

04.04.2023

Təbrizdəki Baş konsulluğumuza qarşı təhlükənin olduğu haqda yazmışdıq: keçmiş Azərbaycan vətəndaşlarının SEPAH-ın dəstəyi ilə yaratdığı "Hüseyniyyun” terror qruplaşmasının addımı İranın konsulluğumuza qarşı təxribatları terror mərhələsinə keçirə biləcəyi gözləntisini daha da artırır.

Burada iki məqam xüsusilə diqqət çəkir:

Birincisi, qruplaşmasının verdiyi bəyanatdır: "Əgər Azərbaycan konsulluğu MOSSAD-ın nümayəndəliyi olacaqsa, Azərbaycan hüseynçiləri buna imkan verməyəcək”;

İkincisi, İran mediasının qruplaşmanın "etiraz aksiyası”nı "Təbriz gənclərinin İlham Əliyevə xəbərdarlığı” olaraq təqdim etməsidir.

Tehran rejimi konsulluğumuzu "MOSSAD yuvası” kimi təqdim etməklə müdaxiləyə əsas yaradır və istisna deyil ki, mümkün müdaxilə ssenarisi "Təbriz gənclərinin "MOSSAD yuvası”na etirazı” adı altında edilə bilər.