27 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Parlamentdə Fransaya cavab vermək üçün komissiya yaradılıb

04.04.2023

Milli Məclis Fransa Senatının martın 16-da Azərbaycana qarşı təşkil etdiyi dinləməyə etiraz edib.

"DM"-nın məlumatına əsasən, məsələ Milli Məclisin iclasında müzakirəyə çıxarılıb.

Qeyd olunub ki, parlament həmin təxribata cavab üçün bəyanat hazırlamalıdır.

Bəyanatın mətninin hazırlanması üçün komissiya yaradılıb.

Komissiyanın sədri Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Soltan Məmmədov təyin edilib.
Parlament sədrinin birinci müavini Əli Hüseynli təklif edib ki, komissiyanın üzvləri deputatlar Ziyafət Əsgərov, Elşən Musayev, Əziz Ələkbərli və Sevil Mikayılova bəyanat layihəsini hazırlasın.

Qeyd edək ki, martın 16-da Fransa Senatında Ermənistana və Qarabağa dəstək adı ilə dinləmə keçirilib. Dinləmədə Ermənistanın separatçılıq mövqeyindən çıxışlar edilib.