27 04 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Bilal Haye: Biz çox şadıq ki, Azərbaycan xalqı öz ərazilərini azad edib

04.04.2023

"Mən iki il yarımdır ki, bu gözəl ölkədəyəm və bir sıra tədbirlərdə iştirak etmişəm. Həqiqətən də Azərbaycan xalqının Pakistana xüsusi məhəbbətinin və hörmətinin şahidi oluram”.

"DM" xəbər verir ki, bunu Pakistanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Bilal Haye Azərbaycan məktəbləri arasında keçirilmiş "Pakistanı tanı” adlı yarışa həsr olunmuş tədbirdə çıxışı zamanı deyib.

O bildirib ki, Pakistan Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biridir: "1991-ci ildə Azərbaycan müstəqillik qazanandan sonra 1992-ci ildə Pakistan onu tanıdı”.

Səfir qeyd edib ki, hər iki ölkənin bir sıra oxşar cəhətləri var: "Onlardan biri də hər iki ölkənin çətin yollarla müstəqillik əldə etməsidir. 1947-ci il 10 avqustda Pakistan müstəqilik əldə edib. Azərbaycan da Pakistan kimi çətin yol keçib və sovet imperiyasının cəngindən qurtulub. Pakistan və Azərbaycan xalqlarının müstəqillik arzuları, istəkləri onların bu çətin yollardan keçməsini asanlaşdırıb. Müstəqillik qazanandan sonra da hər iki ölkə ağır mərhələlərdən keçib. Biz çox şadıq ki, Azərbaycan xalqı öz ərazilərini azad edib və həmin ərazilər Azərbaycanın bir hissəsidir. Qarabağ Azərbaycandır!"