27 04 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Fazil Mustafaya qarşı terror aktı parlamentdə kəskin pislənib

04.04.2023

"Milli Şuranın yaxın günlərdə Fazil Mustafaya qarşı terror görə saxlanılanları da xəyali "siyasi məhbus” elan edəcəklərini də gözləyirəm”.

"DM"-nın xəbərinə görə, bunu bu gün Milli Məclisin iclasında deputat Bəhruz Məhərrəmov bildirib.

Deputat deyib ki, İrandakı əmmaməli mollaların niyyəti, törədilən terror aktının məqsədi bəllidir: "Ancaq nə mola rejimi, nə də antimilli şura məqsədinə çatmayacaq. Fazil Mustafaya qarşı terror aktı törədənlər qısa müddətdə saxlandı, bununla da Azərbaycan dövləti molla rejiminə cavab verdi”.

Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Əli Məsimli də terror aktını törədənlərin qısa müddətdə saxlandığını nəzərə çatdırıb. O, Fazil Mustafaya şəfa diləyib.

Deputat Sahib Alıyev qeyd edib ki, Fazil Mustafaya qarşı terror aktı törədənlərin qısa müddətdə tutulması Tehran rejiminin öz məqsədinə çatmayacağını, buradakı nökərlərinin qanunun sərt üzünü görəcəyini söyləməyə əsas verir: "Fazil Mustafaya atılan güllə həm də Azərbaycana, savaşda qazanılan Zəfərə, hər birimizə yönəlib. Yaratdıqları terror şəbəkələrinə peyğəmbərimizin adını verənlərdən uzaq durulmalıdır. Mediada və sosial şəbəkədə belələrinə açıq dəstək verənləri lənətləyirik”.

Deputat Razi Nurullayev isə İranın bu gün də Ermənistanla nümayişkaranə əməkdaşlıq etdiyinə diqqət çəkib: "Ancaq İran Azərbaycanın İsraildə səfirlik açmasına xüsusi düşmənçiliklə yanaşır. İran normal münasibətlər üçün gərək səfirliyimizə hücumla bağlı lazımi addımlar atsın, Fazil Mustafaya qarşı terrora görə üzr istəsin”.

Parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc qeyd edib ki, martın 2-də Hacı Şahinin müəmmalı ölümü, martın 4-də hipermarketə hücum, martın 9-da Bakıda silahlı atışma və martın 28-i millət vəkilinə sui-qəsd vahid zəncirdə birləşir: "Terrorun silahı nə olursa olsun, onun əsas niyyəti xalqın üzərində dövlətdən üstün hakimiyyət qazanmaq, qorxu, xof və panika ilə ictimai təhlükəsizliyə zərbə vurmaq və bu yolla dövlət siyasətlərinə təsir göstərməkdir: "Prezident İlham Əliyevin və hörmətli Mehriban xanımın silahlı qəsdə qarşı verdikləri reaksiya 3 il əvvəl müharibə zamanı göstərdikləri iradə ilə eynidir. "Bizimlə ultimatum diliylə danışmaq mümkün deyil” söyləyən ölkə rəhbərinin seçdiyi yoldan geri çəkilməyəcəyini göstərir. Terror aktı Azərbaycan dövlətinin sülh quruculuğu naminə həyata keçirdiyi siyasətə inamı sarsıtmaq məqsədi daşıyır. Fazil Mustafaya qarşı terrorun Ramazan ayında baş verməsi sifarişçilərin İslama, etiqadlı insanlara, müsəlmanlara münasibətinin göstəricisidir. Son aktı törədənlər Danimarka və Niderlandda Quranı yandıranlardan fərqlənmirlər. Orucluq ayında iftardan çıxan inanclı bir adama qarşı terror aktı törədənlər Zori Balayanla, Yaxın Şərqdə din bayrağı altında edamlar həyata keçirən İŞİD-la eyni səngərdədir. Ona görə də silahlı dindarları, islam tarixində yüksək mərtəbə tutan İmam Hüseyn adına terror təşkilatı yaradanları həqiqi inanclı adamlar, bütün konfessiyaların təmsilçiləri pisləməli, terroru hamı lənətləməlidir”.

Deputat qeyd edib ki, vətəndaşlar terrora susqunluq göstərmir, millətimizin son 30 ildə yaşadığı terrora dirəniş refleksi oyanıb: "Biz terror şəbəkəsinin bütün üzvlərini, dövlətə və vətəndaşlara qarşı yeni təxribat və potensial təhlükələrin qarşısını almaq üçün təhlükəsizlik və hüquq mühafizə orqanlarının peşəkar tədbirlərini alqışlayırıq. "Silahlı "dindar”ların həbsi İrana zərbə deyil, dövlətə inamı zəiflədən hadisədir” deyən adamlar nə təklif edirlər, ölkəmizdə "yaşıl inqilab” edib, müstəqillikdən imtinanımı istəyirlər?”

Deputat əlavə edib ki, terror aktı hərbi meydanda ordumuza məğlub olanların paytaxt Bakıda və digər qeyri-döyüş ərazilərində dövlətimizdən və xalqımızdan qisas almaq məqsədi güdsə də, sui-qəsdlər və siyasi qətllər, iqtisadi diversiyalar və casus şəbəkələrinin təxribatları ölkəmizi parlaq Qələbəsindən və yeni qazandığı ərazilərdə möhkəmlənməkdən, Xankəndi-Laçın yolundan və 10 noyabrda ordunun dayandığı mövqelərdən irəli gedərək qazandığı yeni strateji yüksəkliklərdən çəkindirə bilməz.

Parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov bildirib ki, Fazil Mustafaya qarşı terror aktı ilə gözümüzü qorxutmaq istəyirlərsə, səhv edirlər.

Siyavuş Novruzov deyib ki, bu gün İran Naxçıvanla sərhədə qoşun yıxıb: "Biz döyüşməyə hazırıq. Azərbaycan 1990-cı illərin Azərbaycanı deyil, güclü Azərbaycan, güclü rəhbəri var. İranın da, başqa dövlətlərin də əlaltılarına xəbərdarlıq edirik ki, özlərini yığışdırsınlar”.

Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov İran xüsusi xidmət orqanlarının növbəti təxribatını qətiyyətlə pisləyib: "Ziya Bünyadov, Rafiq Tağının qətl sifarişi İrandan gəlmişdi. Ermənistanla əməkdaşlıq edən İranın belə terror aktının arxasında durması təsadüfi deyil. Azərbaycana qarşı tələ quranlar özləri bu tələyə düşəcəklər”.

Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli nəzərə çatdırıb ki, Fazil Mustafaya qarşı törədilən əməl terror aktı kimi dəyərləndirilib: "Spiker Sahibə Qafarova, deputat həmkarları Fazil Mustafanı daim diqqətdə saxlayır. İnanırıq ki, terror aktının təşkilatçıları, iştirakçıları cəzalandırılacaq”.