28 04 2024-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Azərbaycan “Ağıllı şəhər” konsepsiyası ilə bağlı xarici təcrübəni öyrənib

04.04.2023

İqtisadiyyat Nazirliyinin İqtisadi Elmi Tədqiqat İnstitutu "Ağıllı şəhər” konsepsiyasının inkişafında rəqəmsal texnologiyaların aparıcı rolu ilə bağlı müxtəlif ölkələrin təcrübəsini öyrənib.

"DM” xəbər verir ki, bunu institutun İdarə Heyətinin sədri Mahir Hümbətov 2022-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, institutun əməkdaşları inkişaf etmiş ölkələrin innovativ texnologiyalarını, süni intellektini, məlumatların emalı və əşyaların internetindən istifadə təcrübəsini təhlil ediblər.
Xatırladaq ki, İqtisadi Elmi Tədqiqat İnstitutu dövlətin iqtisadi siyasətinin və iqtisadi qərarlarının qəbulunun elmi əsaslarının, o cümlədən iqtisadi strategiya, dövlət proqramı və sənədlərinin hazırlanmasında iştirak edərək, modellər, analitik alət və üsullar, metodoloji vəsaitlər, məlumat bazaları və digər analitik vasitələrin və ya yüksəkixtisaslı kadrların hazırlanması ilə, həmçinin beynəlxalq əməkdaşlıq, iqtisadi diplomatiya, nəqliyyat dəhlizləri, yaşıl artım, dövlət əmlakının idarəedilməsi, təbii inhisarlar və s. mövzularda açıq və qapalı arayışlar, qısamüddətli təhlil və rəylər vasitəsilə də İqtisadiyyat Nazirliyinin cari fəaliyyətinə töhfə verir.