28 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Quterreş: İnsanları minalardan qorumaq üçün daha geniş qlobal səylərə ehtiyac var

04.04.2023

BMT-nin Baş katibi Antonio Quterreş Beynəlxalq mina xəbərdarlığı və mina fəaliyyətinə yardım günü ilə bağlı müraciət ünvanlayıb.

BMT-nin Azərbaycan Nümayəndəliyindən daxil olan müraciətdə deyilir:

"Silahlı münaqişələrin tüğyan etdiyi ərazilərdə yaşayan milyonlarla insan, xüsusilə də qadın və uşaqlar üçün atılan hər addım təhlükəli ola bilər.

Döyüşlərin bitməsindən sonra belə münaqişələrin qorxulu mirası qalır – insanların yaşadığı yerləri çirkləndirmiş mina və partlayıcı sursatlar.

Sülhün əldə olunması heç bir təhlükəsizlik təminatı vermir - əgər yollar və əkin sahələri minalanıbsa, partlamamış hərbi sursatlar köçkünlərin geri qayıtmasına təhlükə törədirsə və uşaqların yerdə tapıb oynadığı parlaq cisimlər partlayırsa.

BMT-nin Minalardan Təmizləmə Xidməti bu ölümcül silahları aradan qaldırmaq, milli hökumətləri dəstəkləmək, habelə evlərə, məktəblərə, xəstəxanalara və tarlalara təhlükəsiz çıxışı təmin etmək üçün tərəfdaşları bir araya toplayır.

Bu Xidmət həmçinin Qara Dəniz Taxıl Təşəbbüsünün layihələndirilməsini və Ukrayna limanlarından taxıl və gübrənin təhlükəsiz ixracını dəstəkləyib.

Bununla belə, insanları minalardan qorumaq üçün daha geniş qlobal səylərə ehtiyac var.

Mən üzv dövlətləri Piyada əleyhinə minaların qadağan olunması konvensiyasını, Kasset tipli sursatlara dair konvensiyanı və Müəyyən adi silahlar haqqında konvensiyanı ratifikasiya etməyə və tam şəkildə həyata keçirməyə çağırıram.

Gəlin bu beynəlxalq gündə ölümcül silahların törətdiyi təhlükəyə son qoymaq üçün birgə hərəkətə keçək, icmaları bərpa prosesində dəstəkləyək, insanların dinc və təhlükəsizlik şəraitdə yurdlarına qayıtmasına və həyatlarını yenidən qurmasına kömək edək".