06 05 2024-cu il Bakı 13 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ərdoğan Qaşıqçının qatilinin yerini dedi

10.11.2018

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, müxalifətçi səudiyyəli jurnalist Camal Qaşıqçının qatili Səudiyyə Ərəbistanında saxlanılan 18 nəfərdən biridir.
"Dövran Media"nın verdiyi xəbərə görə, dövlət başçısı bildirib ki, İstanbula qətldən öncə gələn 15 nəfər sırasında qatilin olduğu rəsmi Ər-Riyada bəllidir. Onun sözlərinə əsasən, həmin adamların hamısı jurnalistin qətlinə şübhəli bilinərək saxlanılan 18 nəfər sırasındadır.
"Onlar Camal Qaşıqçının kim tərəfindən qətlə yetirildiyini və cəsədin harada olduğunu dəqiq bilirlər. Səudiyyə Ərəbistanı onları ifadə verməyə məcbur edərək, bunu öyrənə bilər”, - Ərdoğan deyib.