02 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Psixiatriya xəstəxanasında olan Məhəmmədin qardaşından açıqlama

03.04.2023

"Qardaşımın xəstəxanadan çıxması üçün imzanı atmayacağam”.

Bunu 3 saylı uşaq evi ilə bağlı şikayət edən və hazırda psixiatriya xəstəxanasında olan Məhəmmədin qardaşı Əli Baku TV-yə açıqlamasında deyib.

O qeyd edib ki, qardaşının vəziyyəti evdə müalicə olunmağa uyğun deyil:

"Dedim ki, gəl yanımda qal, birlikdə işləyək, yanımdan qaçdı. Onun müalicəyə ehtiyacı var və mənim buna gücüm çatmır. Müalicədən sonra onu himayəmə götürəcəyəm”.
Qardaşı Məhəmmədin pis vərdişlərinin də olduğunu iddia edir:

"Oğurluq edir, siqaret çəkir, içki içir. Bir gün normal danışır, ikinci gün o uşaqdan əsər-əlamət qalmır”.

Əli onu da deyib ki, qardaşının özünə və başqalarına xəsarət yetirməsinin qarşısını almaq üçün psixiatriya xəstəxanasına yerləşdirib.