02 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

NATO indiyədək Ukraynaya 65 milyard avro yardım edib

03.04.2023

NATO ölkələri indiyədək Ukraynaya 65 milyard avro yardım edib.

"DM” xarici KİV-ə istinadən xəbər verir ki, bunu Alyansın Baş katibi Yens Stoltenberq keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, aprelin 4-5-də NATO-nun xarici işlər nazirləri Ukraynaya çoxillik dəstək proqramının hazırlanmasının başlanmasını müzakirə edəcəklər: "Alyansın məqsədi gələcəkdə belə silahlı təcavüzün təkrarlanmaması üçün Ukraynanın müdafiəsini təmin etməkdir”.

Qeyd edək ki, hazırda Belçikanın paytaxtı Brüssel şəhərində Ukrayna-NATO komissiyasının iclası keçirilir. Ukraynanın xarici işlər naziri Dmitro Kuleba müzakirələrdə iştirak edir.

Aprelin 4-5-də isə Brüsseldə NATO XİN başçılarının toplantısı olacaq.