03 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Nurlana Əliyevanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib

03.04.2023

Bakı Slavyan Universitetinin əlavə və qiyabi təhsil şöbəsinin sabiq müdiri Dürdanə Əliyevanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

"DM" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə baş tutan prosesdə Nurlana Əliyeva şahid qismində ifadə verib.

O bildirib ki, rektor olduğu vaxtda universitetin səfirliklərlə güclü əlaqələri olub. Onun sözlərinə görə, təmir zamanı universitetin muzeyi yaradılıb:

"Kembric və Oksford universitetləri ilə əlaqələr qurulub. Bir kompüteri belə olmayan universitetdə mənim dövrümdə bütün auditoriyalar kompüterlə təmin olundu”.

Nurlana Əliyeva qeyd edib ki, onun haqqında səsləndirilən ittihamlarla razı deyil:

"Mən heç vaxt universitetin büdcəsinə əl atmamışam. Dürdanə Əliyevanı tanımıram. Ödənişli əsaslarla təhsil alan bütün tələbələr təhsil haqqını verirdilər. Təhsil haqqı birbaşa sistemə otururdu. Nağd şəklində dekana pulun ödənilməsi faktı ilə qəti razı deyiləm. Pandemiya dövründə ödəmələr azaldı, çünki tələbələr onlayn şəkildə təhsil alırdılar. Mənim dövrümdə tələbə qəbulu artmağa başlayıb. Ola bilməz ki, bizdə tələbə təhsil haqqını ödəməməyə görə universitetdən qovulsun”.

Sabiq rektor deyib ki, tələbələrin təhsil haqlarını ödəyib-ödəməməsi ilə bağlı məlumatı dekan və mühasibatlıq şöbəsi bilib:

"Məhz mənim dövrümdə pandemiya səbəbindən 826 tələbə dövlət imtahanından, təcrübə qiymətlərindən azad olundu. 5 tələbə akademik imtahandan azad olundu. Dürdanə Əliyeva ilə aramda hər hansı bir pul razılaşması olmayıb. Mən universitetdən çıxana qədər 5 min tələbə təhsil alırdı. 200-ə qədər isə əlavə və qiyabi təhsil üzrə tələbə var idi”.

Təqsirləndirilən şəxsin vəkili isə bildirib ki, iş üzrə 123 tələbə 226 min 960 manat mülki iddia qaldırıb. Onun sözlərinə görə, 123 tələbədən 95-i məhkəmədə ifadə verib və bildirib ki, universitetin daxilində olan ödəmə terminalı işləməyib, bu səbəbdən onlar ödənişləri bir çox hallarda dekanlığa nağd şəkildə ödəyiblər.

Növbəti proses aprelin 10-da davam edəcək.