29 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Fitch: Rusiya sülhməramlıları 2025-ci ilin sonuna kimi Qarabağı tərk etməyəcək

03.04.2023

"Rusiya sülhməramlıları 2025-ci ilin sonuna kimi Qarabağı tərk etməyəcək”.

"DM” xəbər verir ki, bu barədə "Fitch Ratings” beynəlxalq reytinq agentliyinin Azərbaycanla bağlı qiymətləndirməsində qeyd edilib.

Reytinq agentliyi bildirib ki, son bir ildə Ermənistanla Azərbaycan arasında gərginlik artıb: "Laçın dəhlizinin bağlanması çəkişmələri daha da gücləndirib: "Ötən ilin sentyabr ayında daha şiddətli döyüşlərdən sonra münaqişə Qarabağ və onun ətrafındakı ərazilərdə genişlənib. Bu dövrdə Azərbaycanın Rusiya ilə münasibətləri daha gərgin görünür və Avropa İttifaqı isə Ermənistanda məhdud monitorinq rolunu qəbul edib”.

"Fitch Ratings”in proqnozuna görə, Rusiya ən azı 2025-ci ilin sonuna kimi, yəni öhdəlik götürdüyü müddətin sonuna qədər Qarabağda öz sülhməramlı qüvvələrini saxlayacaq. Tərəflər arasında sülh razılaşması əldə olunacaq. Bu isə ticarət və iqtisadi əlaqələrin yaxşılaşdırılmasına dair razılaşmaya gətirib çıxaracaq. Bununla belə, arabir kiçik toqquşma riskləri qalacaq.