04 05 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Nəriman Nərimanovun heykəli ilə bağlı RƏSMİ AÇIQLAMA

03.04.2023

Naxçıvan Şəhər İcra Hakimiyyəti Nizami küçəsində olan Nəriman Nərimanovun heykəlinin ərazidən götürülməsi ilə bağlı məsələyə münasibət bildirib. 

"Qafqazinfo”ya açıqlama verən Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Pəncalı Hüseynov bildirib ki, "Böyük bağ” ərazisində ucaldılmış heykəl zərurət səbəbindən götürülüb və yerinə qaytarılacaq:

"Ərazidə yağan yağışlar səbəbindən heykəlin postamentinin alt hissəsində çökmə baş vermişdi. Hazırda ərazidə bərkitmə işləri həyata keçirilir, armatur toxunur. Bərkitmə işləri yekunlaşandan sonra Nəriman Nərimanovun heykəli yerinə bərpa ediləcək”.
P.Hüseynov təmir işlərinin hansı müddətə başa çatmasının hava şəraitindən asılı olduğunu bildirib.