Rusiyada güclü zəlzələ baş verib  
    
                          
     
                         03.04.2023
 
    
                        Rusiyanın Kamçatka regionunda 6,9 bal gücündə zəlzələ baş verib.
"DM"-nın xəbəfinə görə, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat verib.
Tələfat və dağıntılar barədə məlumat yoxdur. Xilasedicilərdən və yanğınsöndürənlərdən ibarət əməliyyat qrupları Petropavlovsk-Kamçatski və Vilyuçinski şəhər rayonlarında və Elizovski bələdiyyəsində binalara baxış keçirirlər.