04 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Soyqırım qurbanları Əskişəhərdə anılıb

31.03.2023

Əskişəhər Azərbaycanlılar Dərnəyi 31 Mart Soyqırım Günü ilə bağlı tədbir keçirib.

"DM" xəbər verir ki, tədbir Azərbaycan və Türkiyənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb, şəhidlər, soyqırım qurbanları bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən dərnəyin koordinatoru Cavid Əmirov soyqırımın baş verdiyi tarixi şəraitdən və onun nəticələrindən bəhs edib.

Onun sözlərinə görə, bolşevik-daşnakların soyqırımı törətməkdə məqsədi Azərbaycan türkləri və Bakının müsəlman əhalisinin iradəsini qırmaq, milli düşüncədə olan insanları bolşevizm yalanlarına inandırmaq olub.

Tədbirdə tələbələr Türkiyədən olan soydaşlarımız da qatılıblar.