04 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Rusiya Xəzər regionunda əməkdaşlığı gücləndirmək istəyir

31.03.2023

Rusiya Xəzər regionunda əməkdaşlığı gücləndirmək niyyətindədir.

"DM” xəbər verir ki, bu barədə müddəalar Rusiya Prezidenti Vladimir Putinin martın 31-də təsdiqlədiyi yeni xarici siyasət konsepsiyasında əksini tapıb. 

Sənədə əsasən, yaxın xarici ölkələrin sülh, mehriban qonşuluq, davamlı inkişaf və firavanlıq zonasına çevrilməsi üçün Rusiya 5 Xəzəryanı dövlətin müstəsna səlahiyyətlərinə əsaslanaraq bu regionla bağlı bütün məsələlərin həlli məqsədilə Xəzər dənizi hövzəsində əməkdaşlığın gücləndirilməsinə üstünlük vermək niyyətindədir.

Konsepsiyada qeyd olunub ki, həmçinin qeyri-qanuni miqrasiyaya qarşı mübarizə və beynəlxalq miqrasiya proseslərinin tənzimlənməsinin təkmilləşdirilməsi məqsədilə Moskva Rusiyaya münasibətdə konstruktiv siyasət aparan MDB ölkələri ilə bu sahədə əməkdaşlığın gücləndirilməsinə üstünlük verməyi planlaşdırır.