04 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Azərbaycan-ABŞ Yaşıl Enerji Forumu keçiriləcək

31.03.2023

3 aprel 2023-cü il tarixində Bakı Biznes Mərkəzində Energetika Nazirliyi və AZPROMO-nun təşkilatçılığı ilə "Azərbaycan-ABŞ Yaşıl Enerji Forumu” keçiriləcək.

Energetika Nazirliyindən verilən məlumata görə, forumda iki ölkə arasında bərpa olunan enerji üzrə əməkdaşlıq imkanları nəzərdən keçiriləcək, yaşıl enerji layihələrinə dair uzunmüddətli planlar, "yaşıl hidrogen” layihələri, elektrik enerjisi istehsalındakı mövcud vəziyyət və "təmiz enerji” texnologiyalarının tətbiqinə dair müzakirələr aparılacaq.

Tədbir çərçivəsində, həmçinin Azərbaycan və ABŞ şirkətlərinin iştirakı ilə biznes görüşlərin keçirilməsi nəzərdə tutulur.