04 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Xələf Xələfov: "Ermənistan bölgədə sülhə təhdid yaradır"

31.03.2023

Azərbaycan xarici işlər nazirinin müavini Çex Respublikası Xarici İşlər Nazirliyinin Avropa məsələləri üzrə baş direktoru Yaroslav Kurfürsta postmünaqişə dövründə bölgədə yaranan yeni reallıqlar, işğaldan azad olunmuş Azərbaycan ərazilərində aparılan bərpa və quruculuq işləri haqqında ətraflı məlumat verib.

"DM" xəbər verir ki, bu barədə Azərbaycan XİN-dən bildirilib.

Qeyd olunub ki, Azərbaycanın Ermənistan ilə münasibətlərinin normallaşması, sülh gündəliyinin irəlilədilməsi, dövlət sərhədinin delimitasiyası, kommunikasiyaların açılması istiqamətindəki təşəbbüsləri barədə qarşı tərəfi məlumatlandıraraq, eyni zamanda Ermənistan tərəfindən törədilən təxribatların, xüsusilə də üçtərəfli bəyanatdan irəli gələn öhdəliklərin yerinə yetirilməməsinin bölgədə sülh və əmin-amanlığın təmin edilməsinə təhdid yaratdığını diqqətə çatdırıb.