02 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Haaqa Məhkəməsi İranın şikayətinə baxmayıb

31.03.2023

Haaqa Məhkəməsinin hakimləri İran Mərkəzi Bankının ABŞ-da bloklanmış aktivlərinin 1,57 milyard dolları ilə bağlı qərar vermək üçün lazımi səlahiyyətə malik olmadıqlarını deyiblər.

"DM" xəbər verir ki, bu barədə "Assoşeyted Press” agentliyi yayıb.

Qeyd edək ki, ABŞ Ali Məhkəməsi 1983-cü ildə Livanda törədilən partlayışda həlak olan 241 ABŞ vətəndaşına görə İranın Mərkəzi Bankına məxsus pulların təzminat kimi ödənilə biləcəyi barədə qərar qəbul edib.

İran hökuməti isə buna etiraz edib və 2016-cı ildə ABŞ məhkəməsinin qərarından Beynəlxalq Haaqa Məhkəməsinə şikayət edib.