02 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

İstanbulda partiya binasına silahlı hücum edilib - FOTO

31.03.2023

Türkiyədə "İYİ Partiya”nın İstanbulda yerləşən binasına şəxsiyyəti hələ müəyyən olunmayan şəxs və ya şəxslər tərəfindən silahlı hücum edilib.

Binanın pəncərəsinə güllə dəyib.

Hücumdan sonra polis hadisə yerində araşdırmaları davam etdirir.

Xatırladaq ki, "İYİ Partiya”nın sədri Meral Akşener CHP lideri Kamal Kılıçdaroğlunun vahid namizədliyinə qarşı çıxış edərək "Altılı masa”nı tərk edib. Lakin sonradan M.Akşener "Altılı masa”ya geri qayıdıb və "Millət İttifaqı”nın toplantısından sonra K.Kılıçdaroğlu vahid namizəd elan olunub.
Qeyd edək ki, Türkiyənin Ali Seçki Şurası ötən gün ölkə prezidentliyinə namizədlərin yekun siyahısını təsdiqləyib - Kamal Kılıçdaroğlu, Məhərrəm İncə, Rəcəb Tayyib Ərdoğan və Sinan Oğanın prezidentliyə namizədlikləri təsdiq olunub.


Mənbə: Haber Global