28 04 2024-cu il Bakı 23 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

İsrail Azərbaycanda meyvə bağları yaradır

31.03.2023

İsrail Azərbaycanda alma, nar, gilas, şaftalı və nektarin əkilməsi ilə bağlı pilot layihənin həyata keçirilməsinə başlayıb.

"DM”-nın İsrailin Azərbaycandakı səfirliyinə istinadən verdiyi xəbərə görə, layihə İsrailin Beynəlxalq İnkişaf Əməkdaşlığı Agentliyinin (MASHAV), ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) dəstəyi ilə reallaşdırılır.

Bu məqsədlə Azərbaycan Dövlət Aqrar Universitetin (ADAU) Tədris-Təcrübə Təsərrüfatında intensiv meyvə bağının nümayişi üçün sahələr salınıb.

Pilot layihə çərçivəsində ümumi sahəsi 2,5 hektar olan ərazidə 3 400 meyvə ağacları əkilib.

"Bu müasir bağlar ADAU tələbələrinə və əməkdaşlarına intensiv meyvə bağlarının salınması və idarə olunması üçün praktiki bilik və bacarıqlar əldə etməyə imkan verəcək ki, bu da ən qabaqcıl və səmərəli üsullardan istifadə etməklə ənənəvi bağlardan daha məhsuldar, səmərəli və davamlı olacaq.

Barmaqlıqlar və müasir damcı suvarma sistemləri ilə təchiz edilmiş bu bağlar Azərbaycanda kənd təsərrüfatı sektorunun inkişafına dəstək verəcək ki, bu da kənd yerlərində gəlirləri artırmaq, güclü və davamlı icmalar yaratmaq üçün vacibdir”, - deyə səfirliyin açıqlamasında bildirilib.