28 04 2024-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Bakı metrosunda sərnişindən ağlasığmaz hərəkət - VİDEO

31.03.2023

Bakı metrosunda sərnişin özbaşınalığı təhlükəli vəziyyət yaşadıb.

Bu barədə videogörüntü sosial şəbəkədə paylaşılıb.

Belə ki, gənc sərnişin qatar hərəkətdə olarkən vaqonlararası keçid qapısını açıb. Bu da yetməzmiş kimi digər vaqona tərəf uzanaraq pəncərəni döyüb, geri qayıdır. Qeyd edək ki, hadisə metronun "Nizami” stansiyasında qeydə alınıb.

Bu vəziyyət digər sərnişinlər üçün də təhlükəli vəziyyət yaradıb.

"Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, yayılan videogörüntülərlə bağlı məsələ araşdırmaya verilib.
DİN-in Mətbuat Xidmətindən bildiriblər ki, yayılan görüntülərdən məlumatlıdırlar:

"Məsələ ilə bağlı Bakı şəhər Baş Polis İdarəsi Metropolitenində Polis İdarəsində araşdırmalar aparılır”.