06 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

İran casus şəbəkəsinə qarşı əməliyyat davam edir-YENİLƏNİB

31.03.2023

Azərbaycanda İranın casus şəbəkəsinə qarşı əməliyyatlar davam edir.

"MOUZE” "Telegram” kanalının məlumatına görə, İranın molla rejiminə xidmət edən daha bir neçə nəfər saxlanılıb.

Onlar "Müsəlman Birliyi Hərəkatı”nın üzvü Fədail Şükürov, Şəmkir sakinləri - Yavər İsmayılzadə, Anar Şöhləyev, Vüsal və İlyas adlı şəxslərdir.

Lent.az-ın əldə etdiyi məlumata görə, adıçəkilən şəxslər narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirli bilinirlər. 

10:27
Azərbaycanda İranın casus şəbəkəsinin ifşası istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

"MOUZE” "Telegram” kanalının məlumatına görə, İranın molla rejiminə xidmət edən daha bir nəfər saxlanılıb. 

Onların arasında şəbəkə üzvlərinin "ustad ruhani” kimi təqdim etdiyi, Neftçala rayonundan olan Siyasət Bağırov da var.

Lent.az-ın əldə etdiyi məlumata görə, S.Bağırov narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilir.
Qeyd edək ki, dünən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində üç iranpərəst dindar saxlanılıb. 

Onlar - Şeyx İmran Ələsgərov, Alik Aslanov və Nicat Ağayevdir.