08 05 2024-cu il Bakı 12 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Rusiyada casusluqda ittiham olunan amerikalı jurnalisti həbs edilib

30.03.2023

Rusiya məhkəməsi casusluqda ittiham olunan amerikalı jurnalisti həbs edib.

"DM"-nın məlumatına görə, məhkəmə Amerika Birləşmiş Ştatlarının "Wall Street Journal" nəşrinin müxbiri Evan Qerşkoviç barəsində prokurorun həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı xahişinə baxıb və amerikalı jurnalistin barəsində həbs qəti imkan tədbiri seçib.

Qeyd edək ki, bu gün Rusiya Federal Təhlükəsizlik Xidməti Qerşkoviçin Yekaterinburqda casusluq ittihamı ilə saxlanılması barədə məlumat yayıb.

FTX-nın məlumatına görə, amerikalı jurnalist ABŞ-ın göstərişi ilə Rusiya hərbi-sənaye kompleksinin müəssisələrindən biri haqqında dövlət sirri təşkil edən məlumatlar toplayırmış.

Jurnalist şəhərə "Vaqner" Özəl Hərbi Şirkəti haqqında məqalə yazmaq üçün gəldiyi bildirib.