Yunanıstanın müdafiə naziri Türkiyəyə səfər edəcək  
    
                          
     
                         30.03.2023
 
    
                        Yunanıstanın müdafiə naziri Nikolaos Panagiotopoulos Türkiyəyə səfər edəcək.
"DM"-nın  verdiyi xəbərə görə, səfər Türkiyə milli müdafiə naziri Hulusi Akarın dəvəti əsasında baş tutacaq.
Nazir Akar və Panagiotopoulos zəlzələdən zərər çəkmiş Hatay vilayətini ziyarət edəcək.