02 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Avropaya indiyədək 22 mlrd. kubmetr Azərbaycan qazı tədarük olunub

30.03.2023

Trans-Anadolu və Trans-Adriatik boru kəmərləri istismara veriləndən indiyə kimi Avropaya 22 mlrd. kubmetr qaz tədarük olunub.

"DM”-nın verdiyi xəbərə görə, bu barədə Azərbaycanın energetika naziri Pərviz Şahbazov Macarıstanın paytaxtı Budapeşt şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) enerji nazirlərinin iclasında çıxış edərkən bildirib.

Onun sözlərinə görə, TANAP və TAP boru kəmərləri istismara veriləndən indiyə kimi Türkiyəyə 20,9 mln. kubmetr, Avropaya isə 22 mlrd. kubmetr Azərbaycan qazı tədarük edilib.

Qeyd olunub ki, Türkiyəyə 10,2 mmlrd. kubmetr, Avropaya isə 12 mlrd. kubmetrə yaxın təbii qazın tədarükü nəzərdə tutulur.

Xatırladaq ki, TANAP kəməri Cənubi Qaz Dəhlizinin (CQD) mərkəzi elementidir. Bu kəmər vasitəsi ilə Azərbaycan qazının bir hissəsi Türkiyəyə, digər hissəsi isə Avropaya nəql edilmək üçün (Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə) Türkiyə ilə Yunanıstanın sərhədinədək çatdırılır. TAP kəməri ilə Avropaya kommersiya yönümlü Azərbaycan qazının nəqlinə 2021-ci ilin dekabrın 31-də başlanılıb.