06 05 2024-cu il Bakı 13 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Mikromüəssisələrin sayı artacaq

10.11.2018

Azərbaycan Respblikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası Azərbaycan Mikromaliyyə Assosiasiyası ilə birlikdə sahibkarlığa dəstək məqsədilə "Sabit mikromüəssisələrin inkişafının sürətləndirilməsi" adlı birgə layihə həyata keçirir.
Bu barədə Trend-ə Konfederasiyanın vitse-prezidenti Vüqar Zeynalov deyib.
V.Zeynalovun sözlərinə görə, layihənin dəyəri 250 min avrodan çoxdur.
O deyib: "Layihənin məqsədi regionlarda mikromüəssisələrin yaradılması və inkişafını stimullaşdırmaq və yeni iş yerlərinin yaradılmasıdır. Biz layihənin realizəsini 2021-ci ilin sonuna qədər yekunlaşdırmağı planlaşdırırıq. Layihə Gəncə-Qazax, Quba-Xaçmaz, Şəki-Zaqatala və Kür-Araz (Aran) iqtisadi zonalarında biznes mühitin yaxşılaşdırılmasına istiqamətlənib".
Qeyd edək ki, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası 1999-cu il martın 5-də təsis edilib və rəsmi dövlət qeydiyyatından keçib.