07 05 2024-cu il Bakı 12 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

“Yeni Müsavat” 29 yaşında

10.11.2018

Azərbaycan müstəqil mətbuatının ilklərindən olan "Yeni Müsavat” qəzeti 29 yaşını qeyd edir.
"Dövran Media" xəbər verir ki, Milli-azadlığın ilk təbliğatçılarından olan "Yeni Müsavat” milli dövlətçilik ideologiyasının yayılmasında, vətəndaşların rus imperializminə qarşı təşkilatlanmasında mühüm rol oynayıb.
Bu gün də ölkənin ən tanınmış, çox satılan və ictimai rəy formalaşdıran mətbu orqanı olan "Yeni Müsavat”ın uğuru təsadüfi deyil.
Həmin nailiyyət qəzetin təsisçisi və baş yazarı Rauf Arifoğlunun və onun yorulmaz, peşəkar komandasının əməyinin nəticəsidir.
Qeyd edək ki, qəzetin elektron variantı olan Musavat.com saytı da onlayn mediada ən çox oxunan xəbər portallarından biridir. Artıq "Yeni Müsavat” media qrupuna çevrilib və saytın rus dilində də versiyasi fəaliyyət göstərir.