28 04 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Şirvan polisi əməliyyat keçirib

30.03.2023

Şirvanda polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində 3,5 kiloqramdan artıq narkotik dövriyyədən çıxarılıb.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, Şirvan Şəhər Polis Şöbəsi əməkdaşlarının şəhər ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində keçirdiyi əməliyyat tədbirləri zamanı yeddi nəfər saxlanılıb. 

Araşdırmalarla onların şəhər sakinləri Ceyhun Qurbanov, Elşən Hacıyev, Zabit Abbasov, Mehman Hüseynov, Mirkazım Ağami, Həsənağa Ələkbərov və Sabirabad rayon sakini Mirzağa Əliyev olduqları müəyyən edilib.

Həmin şəxslərin üzərinə baxış zamanı C.Qurbanovdan 440 qram, E.Hacıyevdən 475 qram,  Z.Abbasovdan 440 qram, M.Hüseynovdan 450 qram, M.Ağamidən 470 qram, M.Əliyevdən 445 qram marixuana aşkar edilərək götürülüb. 
Saxlanılan H.Ələkbərovdan üzərinə keçirilən baxış zamanı isə 21 qramdan artıq heroin və elektron tərəzi aşkarlanıb. Bundan əlavə davam etdirilən tədbirlərlə sonuncunun şəhər ərazisində gizlətdiyi daha 800 qramdan heroin də aşkarlanaraq maddi sübut kimi götürülüb.