28 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Paşinyan və Mirzoyan arasında gərginlik yaşanıb

30.03.2023

Ermənistan parlamentində müzakirə zamanı ölkənin xarici işlər naziri Mirzoyan deputatlardan birinə yaxın vaxtlarda Moskvada azərbaycanlı və rusiyalı həmkarları Bayramov və Lavrovla üçtərəfli görüş keçiriləcəyini deyib.

"DM" xəbər verir ki, bu barədə "Past” qəzeti məlumat yayıb.

Qəzetin mənbəsinin sözlərinə görə, bu epizod təkcə deputatlar üçün deyil, hətta Paşinyan üçün də sürpriz olub:

"Söhbət görüşün özündən yox, bunun parlamentdə elan olunmasından gedir. Üstəlik, Paşinyan bu barədə ictimaiyyətə məlumat verdiyinə görə Mirzoyanı qınayıb. Lakin Mirzoyan geri çəkilməyib və bu addımının düzgün olduğunu qeyd edib.

Yeri gəlmişkən, Moskva görüşündə hakimiyyət prosesə yekun aydınlıq gətirməyə hazırlaşır. Qarşıdan gələn görüşdə Mirzoyan Rusiya tərəfinə Qərbin təklif etdiyi paket üzrə danışıqları davam etdirməyə hazırlaşdıqlarını və Qərbin Ermənistan-Azərbaycan sülh müqaviləsi üçün danışıqlar platforması olduğunu bəyan edəcək”.