10 06 2023-cu il Bakı 25 ℃
DM RADİO
Onlİne xəbər
09/06/2023
08/06/2023

Türkiyədə fırtına zamanı Məscidin minarəsi uçub - FOTO

29.03.2023

Türkiyənin Ərzincan şəhərində fırtına nəticəsində məscidin minarəsi uçub, bəzi binaların dam örtüyü zədələnib.

Şəhərdə səhər saatlarından başlayan şiddətli fırtına səbəbindən Yunus Əmrə məhəlləsindəki Akşemsettin məscidinin minarəsi səhər namazından sonra bağçaya düşüb. Xoşbəxtlikdən, namaz vaxtı olmadığından xəsarət alan yoxdur.

Fırtınanın şiddətindən məktəb damları uçub, bəzi evlərin dam örtüyünə ziyan dəyib.

Uçan parçaların yoldan keçənlərə zərər verməməsi üçün yolda hərəkət dayandırılıb. Yerə düşən hissələr avtomobilə ziyan vurub.



Mənbə: TRT Haber