21 04 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024
14/03/2024

Mədət Quliyev: “Azərbaycan ABŞ-a silah-sursat satır”

29.03.2023

"Azərbaycan ABŞ-a silah-sursat satır”.

"DM”-nın xəbərinə görə, bunu Azərbaycanın müdafiə sənayesi naziri Mədət Quliyev deyib.

"Bu vəzifəyə təyin olunanda mənə tapşırıqlar verildi. Həmin tapşırıqlar barədə dəfələrlə mətbuatda danışmışam. Bizə daha çox yaxın olan Türkiyə və İsrail dövlətləri ilə yaxından münasibətlər qurmaq, onların müdafiə sənaye komitələri ilə əlaqə qurmaq və bir yerdə işləmək və s. tapşırıqlar verildi. Biz bu illər ərzində birlikdə işləyirik. Bu, Vətən müharibəsində də özünü göstərdi.
İstənilən qədər hazırlığımız var idi. Lakin buna baxmayaraq, bu sahədə istiqamətimiz dünyada ən inkişaf etmiş dövlətlərlə bir yerdə işləməkdir. Biz bu istiqamətdə də işləyirik.

Dövlətlər arsenalının zənginləşdirilməsi baxımından bir-birindən asılıdır. Hətta ABŞ-nin özü bizdən və digər dövlətlərdən silah-sursat alır. Bu, sadəcə bir işdir, ümumi bir istiqamətdir. Biz də burada aktiv işləyirik”, - nazir vurğulayıb.