18 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024
14/03/2024

Qaluzin:“KTMT missiyasının Ermənistan-Azərbaycan sərhədində yerləşdirilməsinə hazırıq”

29.03.2023

"Ümid edirik ki, KTMT çərçivəsində İrəvanla qarşılıqlı əlaqələrə dair bütün məsələlər, o cümlədən də təşkilatın Ermənistan ərazisində müşahidə missiyasının yerləşdirilməsi konstruktiv və bütün tərəflər üçün faydalı olacaq şəkildə həllini tapacaq”.

Bu barədə Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin RTVI telekanalının suallarını cavablandırarkən bildirib.

O qeyd edib ki, KTMT-də mövcud olan qarşılıqlı əlaqə formatları çərçivəsində Ermənistan tərəfini narahat edən bütün məsələlər açıq şəkildə müzakirə edilir.
"Biz öz tərəfimizdən KTMT missiyasının Ermənistan-Azərbaycan sərhədində yerləşdirilməsi planlarını həyata keçirməyə hazır olduğumuzu bir daha təsdiqləyirik”, - deyə Mixail Qaluzin qeyd edib.

Mənbə: RTVI