24 04 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Fazil Mustafanın son durumu AÇIQLANIB

29.03.2023

Hazırda Böyük Quruluş Partiyasının sədri, Milli Məclisin deputatı Fazil Mustafanın müalicəsi davam edir, həkim müşahidəsi altındadır.

Bu barədə TƏBİB-dən bildirilib.

Vurğulanıb ki, ötən gün yaşadığı evin qarşısında güllə yarası alan deputat Fazil Mustafaya tibb personalı tərəfindən bütün zəruri xidmətlər göstərilib.

Qeyd edək ki, hadisə martın 28-i saat 21:51 radələrində paytaxtın Sabunçu rayonu, Zabrat-1 qəsəbəsi, Babək küçəsi ev 2 "Z” ünvanında qeydə alınıb.

Belə ki, Milli Məclisinin deputatı Mustafa Fazil Qəzənfər oğluna yaşadığı evin qarşısında "Kalaşnikov” avtomat silahından atəş açılaraq terror aktı törədilib. Nəticədə F.Mustafa bədənin sağ çiyin qurşağını və sağ budun aşağı üçdə birini dəlib keçən güllə yarası alıb. Ona zəruri tibbi xidmətlər göstərilib.